İngiltərəni qarışdıran kitab - ŞAHZADƏNİN İNTİM HƏYATI ÜZƏ ÇIXDI
29-06-2018 17:06
Baxış sayı:
2413

İngiltərədə yeni çap olunan kitabda kraliça II Yelizaveta və şahzadə Filipin intim həyatına dair məlumatlar yer alıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, böyük qalmaqal yaradan kitabın müəllifi məlumatların həqiqət olduğunda israr edir. Kral ailəsi isə bununla bağlı şərh verməyib.
“The Quenn`s Marriage” adlı kitabın yazarı Leydi Colin Cambelldor detalları etibarlı mənbələrdən əldə etdiyini açıqlayıb. O mənbələrinin bəzilərinin kral ailəsinin üzvləti olduğunu deyib.
Şahzadə Filipin gördüyü hər gözəl qadınla, hətta kitabın yazarı ilə belə flirt etdiyi iddia olunur.
Saray və zadəganlar haqqında 8 kitab yazmış Cud Veyd isə oxuculara kitaba diqqətlə yanaşmağı məsləhət görüb.