İRAN "ŞİƏ ZƏNCİRİNİN QIZIL BƏNDİ"ni NİYƏ QURUR... - Təhlil

Muxalifet.az qazeta.ru-ya istinadla aşağıdakı təhlili oxucularına təqdim edir:
Suriyadakı vəziyyət, xüsusən regiondakı ölkələr arasındakı münasibətlərdən asılıdır və labüd olaraq qonşu dövlətlərə təsir edir. Məsələn, Tehran Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı memorandum imzaladıqları Soçidə danışıqlar masasına dəvət edilməməsindən qıcıqlandığını gizlədə bilmirdi.
Hərçənd ki, İranın memoranduma rəsmi münasibətini “neytral-müsbət” kimi qələmə vermək olar. Amma İran hesab edir ki, bu cür məsələlər əsas məqsədi Suriya-da vətəndaş müharibəsinə son qoymaq olan və Tehranın da üzvü olduğu Astana formatında həll edilməlidir. Ancaq digər tərəfdən, hazırda aktivliyin əsas qeydə alındığı Suriyanın şimal-şərq bölgələrində İranın fəaliyyəti çox cüzidir. Buna görə də İranı bu məsələdə Soçiyə dəvət etmək o qədər də məntiqli olmazdı, - deyə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərqin Tədqiqi Mərkəzinin baş elmi işçisi Vladimir Sajin bildirib.
“Buna baxmayaraq, Tehranda Soçiyə və kürd probleminin müzakirəsinə dəvət edilmədikləri üçün incidilər",deyə Vladimir Sajin bildirdi.
Memorandumun imzalanmasından sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin və türkiyəli həmkarı Mevlut Çavuşoğlunun Bakıda keçirilən görüşdə Türkiyənin Suriyanın şimalındakı "Sülh mənbəyi" hərbi əməliyyatı ilə bağlı vəziyyəti müzakirə etdikləri diqqətdən qaçmadı .
Tərəflər iki ölkə arasındakı münasibətlər, Astana prosesi, Suriya Konstitusiya Komitəsinin iclası və onları maraqlandıran digər mövzulara toxundu.
“Sülh Çeşməsi” əməliyyatına yəni Türkiyə ordusunun Suriya ərazisinə müdaxiləsinə gəldikdə, iranlılar buna bəyənmədilər. Və bunu dəfələrlə elan etdilər.
Türkiyə Silahlı Qüvvələrinin kürd silahlı dəstələrinin məhv edilməsinə və Suriya ilə sərhəddə "təhlükəsizlik zonası" nın yaradılmasına yönəlmiş "Sülh Çeşməsi" əməliyyatının dayandırılmasından sonra, Suriya-Türkiyə sərhəddindən 10 km məsafədə olan zonada üç ölkənin - Rusiya, İran və Türkiyə hərbçilərinin birgə patrul nəzarəti keçirmək fikri ortaya atılmışdı. Lakin bu mülahizələrin davamı olmadı. Bütün bunlara Soçidə İran olmadan qərar verildi.
Suriya-Türkiyə sərhədi boyunca 10 km-lik bir zolaqla birgə patrul nəzarəti etmək üçün Tehrandan silahlı qüvvələri dəvət etmək yersiz hesab edildi.
"Ancaq İranın Suriyanın qalan hissəsindəki fəallığına gəlincə, son illərdə bu əhəmiyyətli dərəcədə artdı", - Vladimir Sajin vurğulayır. Mütəxəssisin fikrincə, bu bir neçə əsas istiqamətdə aparılır.
Birincisi, bu sırf hərbi istiqamətdir. İranlılar özləri üçün müəyyən və əlverişli yerlərdə məhz İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) bölmələri üçün yox, əksinə, Pakistan, Əfqanıstan, İraq, İranın özü və birbaşa Suriyadan gələn şiə hərbçiləri üçün silah-sursat, maddi və texniki avadanlıqları olan hərbi bazalar qururlar (heç bir şişirtmədən, bu obyektlər belə adlandırıla bilər). Tipik olaraq, bu cür bölmələrə İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşları nəzarət edir. Vladimir Sajin,” bu qüvvələrin İran Silahlı Qüvvələrinə yaxın olduqlarını söyləyə bilərik”, deyə bildirir.
Bundan başqa, iranlılar şiə hərbi təşkilatı “Hizbullah” üçün silah və döyüş sursatları ilə təchiz olunmuş məntəqələr və anbarlar qurur. Çox vaxt bunu Suriyadakı rus hərbi oybektlərinin yaxınlığında, Rusiyanın Suriyadakı hərbi qrupunun "çətiri altında" edirlər.
İran bu hərəkətləri ilə bölgədə fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinin hücumlarından özünü qoruyacağına ümid edir. İsrailin Rusiya qoşunlarına raket-aviasiya zərbələri endirməyəcəyini bilərək, bununla İran obyektlərinin təhlükəsizlyinin təmin ediləcəyini güman edirlər..
İkincisi, İran Suriyada iqtisadi cəhətdən genişlənməyə davam edir. Tehran təmsilçiləri əmlak alqı-satqısında, müxtəlif sənaye müəssisələrini əldə etməkdə fəal iştirak edirlər.
Üçüncüsü, bu, şübhəsiz ki, ideoloji istiqamətdir. İran Suriya əhalisini mümkün qədər "şiələşdirmək" üçün böyük işlər görür. Sünnilərin birbaşa şiələrə çevrilməsi, prinsipcə mümkünüzdür. Bu zaman, iranlılar Suriyadakı insanlara iqtisadi təzyiq göstərirlər. Ekspertin fikrincə, 2010-2011-ci il hadisələrindən əvvəl ölkədəki vəziyyətin özəlliklərini xatırlasaq, Suriya yenə də mütləq dini ölkə deyildi. Buna görə, bu gün Suriya əhalisinin tərəddüd içində olan hissəsi ilk növbədə şiə təbliğatının hədəfidir.
"Bundan əlavə, iranlılar Suriya əhalisinin əsasən ələvi və şiə qruplarına müxtəlif iqtisadi və maliyyə imtiyazlarının paylanması üçün çox iş görürlər. Onlara humanitar yardım göstərirlər, geniş təbliğat və PR işləri aparırlar. Və nəticələr belə demək olarsa var", -Vladimir Sajin bildirir.
"Əlbəttə, burada siyasi təsir haqda danışmalıyıq", deyə ekspert vurğulayır. Hərbi, iqtisadi və ideoloji təsir bütövlükdə “siyasi təsirə” çevrilir.
Deməliyəm ki, iranlılar Suriya dövlətinin aşağı və orta ranqında yaxşı mövqelərə malikdirlər. Üstəlik, iranlılar xüsusi xidmət orqanlarında və hətta Suriyanın hərbi-siyasi elitasının ən yüksək qatlarında güclü mövqelərə malikdirlər. Və burada açıqca deməliyəm ki, Rusiya və İranın maraqları açıq şəkildə toqquşur, Vladimir Sajin ifadə edir.
Belə ki, hazırda Suriyada İrandan çox Rusiyaya meylli qruplar var. Buna görə, bu fonda Rusiya ilə İran arasında sadə olmayan münasibətlərdən danışmağa əsas var. Vladimir Sajin hesab edir ki, ölkənin hərbi-siyasi elitasına təsir məsələsində Moskva ilə Tehran arasında olan rəqabət barədə də müzakirə etmək olar.
İranın Suriyada yaxşı mövqelərə sahib olmasına baxmayaraq, bu ölkədə hamı açıq şəkildə Tehranın tərəfdarı deyil. Bu baxımdan İran müxtəlif sahələrdə vəzifəli şəxsləri özünə işləmək üçün müxtəlif yollardan, o cümlədən satınalma kimi yollara əl atmalı olur.
Gələcək barədə danışsaq, o zaman Suriya və İran ekspertləri deyirlər ki, Tehranın yaxın gələcəkdə Suriyanı tərk etmək ehtimalı yoxdur. Bu, yalnız İslam Respublikasına qarşı çoxtərəfli və müxtəlif yönlərdən təyiqlə mümkün olacaq. İranlılar ilk növbədə şiə qruplarını geri çıxarda bilərlər. Ancaq istənilən halda Suriyadakı iqtisadi və ideoloji təsiri qalacaq və mümkün olsa Dəməşqdən öz maraqlarına uyğun istifadə edəcək.
“Əfqanıstandan İrana keçməklə, İraqdan Livana qədər uzanan şiə zəncirini görmürəm. Bu zəncir Suriya olmadan mümkün deyil. İranlıların özləri Suriyanı bu zəncirin “qızıl bəndi” adlandırırlar. Buna görə, İranın Suriyanı tərk etməsi çox çətin məsələdir, hal - hazırda praktiki olaraq mümkünsüzdür ”, - deyə Vladimir Sajin sona çatdırdı.
Tərcümə etdi: Muxalifet.az