​İrana hücum edildi – 10 hərbçi həlak oldu

Baxış sayı:
5647

İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.
Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.
Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.
Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.