İranda aksiya keçirildi: BÜTÜN XALQA MÜRACİƏT - Video

Baxış sayı:
7168

İranın Xürrəmşəhr şəhərində dünən gecə etiraz aksiyaları keçirilib.

Muxalifət.az xəbər verir ki, şəhər küçələrinə və məscidlərə yığışan əhali bütün şəhəri bürüyən su qıtlığına etiraz ediblər.

Etirazçılar İran xalqını hökumətə qarşı birləşməyə və ölkənin bütün şəhərlərini etiraz aksiyalarına qoşulmağa səsləyiblər.

Qeyd edək ki, Xürrəmşəhr şəhəri İranın İraqla sərhəd vilayəti olan Xuzestanda yerləşir.