İranda anomal istilərdən 5 FƏHLƏ ÖLÜB

İranın paytaxtı Tehrandan 20 km cənub-qərbdə yerləşən kağız fabrikində zəhərli qazın sızması nəticəsində 4 fəhlə ölüb.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, paytaxtdan qərbdə yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində isə 1 fəhlə ölüb, onlarla insan yaralanıb.
Məlumata əsasən, görünməmiş istilik və anomal temperatur İranda çoxsaylı yanğınlara da səbəb olub.
Hazırda İranda havanın temperaturu 40 dərəcədən çoxdur.
Gülüstan dövlət qoruğunda baş verən yanğın qonşu Şimali Xorasan əyalətinə də keçib. Bu park Xorasan, Gülüstan və Semnan əyalətlərinin ərazisində yerləşir. Dövlət qoruğunun idarə edilməsi və biosferasının qorunması Gülütsan əyalətinə tapşırılıb.
Qoruqda baş verən yanğına səbəb olaraq quraqlıq göstərilir. Parkın ümumi sahəsi 900 kv.km.-dir. Yanğın söndürülməsinə İran İnqilab Keşikçiləri Qvardiyası da cəlb edilib.