İrandan TÜRKİYƏYƏ DƏSTƏK AÇIQLAMASI
20-06-2018 13:07
Baxış sayı:
5689

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Cavad Camalı Nubendegani, Türkiyənin terror təşkilatı PKK-ya qarşı apardığı mübarizəni dəstəklədiklərini deyib.
İran Məclisinin Xəbər Agentliyi “İCANA”-nın xəbərinə görə, Türkiyə ilə İranın PKK-ya qarşı əməliyyatlarla bağlı danışıqları haqqında açıqlama verən Nubendegani, "PJAK və PKK kimi terror təşkilatları ölkəmizin, Türkiyənin, hətta Suriyanın belə təhlükəsizliyinə mənfi təsir göstərir" deyib.
Terrorizmlə mübarizəni qanun və beynəlxalq hüquq normalarına əsasən qəbul etdiklərini dilə gətirən Nubendegani, "Bu istiqamətdə Türkiyənin PKK ilə mübarizəsini qəbul edirik" deyə, söyləyib.
Müxalifət.az