İrandan xəbərdarlıq: Lazımi tədbirləri görün

Baxış sayı:
3880
İran Daxili İşlər Nazirliyi PKK-nın İran qanadı PJAK-ın 11 SEPAH üzvünü öldürməsi ilə bağlı xəbərdarlıq edib.
Muxalifet.az xəbər verir ki, DİN qonşu ölkələrə xəbərdarlığında lazımi müdaxilələr etməyə çağırıb.
İran Məhkəmə Sisteminin rəhbəri axund Sadiq Laricani də məsələ ilə bağlı bəyanatında bunları deyib: "Bu cinayəti törədənlər və bunun arxasında duran amillər bu növ cinayətlərlə İran İslam Respublikasının regionda və dünyadakı mövqelərinə təsir edəcəklərini düşünürlər. Bu, tamamilə yanlışdır, İran xalqı tarix boyu bu və bundan da böyük hücumları geridə qoydu. Ancaq prinsiplərindən bir addım belə uzaqlaşmadı".
Qeyd edək ki, İranın qərbində silahlı şəxslərlə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri arasında toqquşma yaşanıb. Nəticədə SEPAH-ın 11 hərbçisi həlak olub, 8-i isə yaralanıb.