İranın nüvə obyektinə dronla hücum olub – ŞOK İDDİA

Baxış sayı:
6183

İranın dövlət KİV-ləri iyunun 23-də nüvə obyektlərindən birinə olan diversiyanın təfərrüatı barədə tədricən məlumat verməyə başlayıblar.

Yerli nəşrlərin sitat gətirdikləri rəsmi şəxslərin sözlərinə görə, hücum pilotsuz uçan aparattın istifadəsi ilə planlaşdırılıb.

Qarşısı alınmış hücum barədə ilk məlumt verənlərdən biri də «Nournews» xəbər portalı olub. Bu nəşr İranın Milli Təhlükəsizlik Ali Şurası ilə sıx əlaqəlidir. İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli sosial şəbəkə kanalları da hücum barədə xəbər veriblər.

Alborz əyalətinin şimalında yerləşən və hücum hədəfi olmuş nüvə obyektində zərər çəkən və ya zədə alan yoxdur. Diversiyanın arxasında kimlərin dayandığı ehtimalı barədə məlumat verilmir.

Qeyd edilməlidir ki, sözügedən hücum ölkənin yeni prezidentinin seçilməsindən cəmi bir neçə gün sonra baş verib.