İranlı Almaniyada 14 nəfəri yaraladı
20-07-2018 18:32
Baxış sayı:
4249

Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış şəxs avtobusun sərnişinlərinə hücum edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hücum nəticəsində 14 nəfər yaralanıb.
Onlardan ikisinin vəziyyəti ağırdır.
Polislər hücum edəni saxlayıblar. Məlum olub ki, o, İrandan gəlmədir.
Polis hazırda cinayətin motivlərini aydınlaşdırır.