İraqın Baş naziri PKK-ya çağırış etdi: "TƏSLİM OLUN!"
27-06-2018 16:52
Baxış sayı:
2023

İraqın Baş naziri Heydər əl-Abadi İraqın şimalında fəaliyyət göstərən PKK terror təşkilatını təslim olmağa çağırıb.
Trend-in məlumatına görə, Baş nazir İraq hakimiyyətinin ölkə ərazisində hər hansı hərbiləşmiş və terrorçu qruplaşmaların güclənməsinə imkan verməyəcəyini bildirib.
O qeyd edib ki, İraq PKK-nın qonşu Türkiyənin ərazisinə hücum etməsinə də imkan verməyəcək.