İŞİD QƏTLİAMLARA DAVAM EDİR

İraqda terror təşkilatı İŞİD, keçən həftə qaçırdığı 8 nəfəri edam edib, cəsədlərini Diyala vilayətindən Bağdada gedən yolun üstünə atıb.
İraq Təhlükəsizlik İnformasiya Mərkəzi tərəfindən edilən açıqlamaya görə, Bağdad-Kərkük avtomobil yolunda ötən həftə qaçırılan 8 İraqlı əsgərin cəsədi Diyala - Bağdad yolunda tapılıb. Keçən həftə terror təşkilatı İŞİD tərəfindən qaçırılan əsgərlərin tapılması üçün təhlükəsizlik qüvvələrinin böyük səy göstərdiyi qeyd edilən açıqlamada, "8 nəfərin cəsədləri Diyala - Bağdad yolu üzərində tapılıb” deyilib.
Qeyd edək ki, İŞİD ötən həftə yayımladığı görüntülərdə, İraq həbsxanalarında olan İŞİD-çı qadınların sərbəst buraxılması üçün qaçırılan adamları edam etməklə təhdid etmişdi. İraq təhlükəsizlik qüvvələri qaçırılan şəxslərin tapılması üçün bölgədə əməliyyat başlatmışdı.
Müxalifət.az