İŞİD-in sonu çatdı: Əsas liderlərdən biri məhv edildi
19-06-2018 22:12
Baxış sayı:
6364

İŞİD-in neft və qaz satışını qanunsuz həyata keçirən rəhbərlərindən biri – Əbu Xəttab əl-İraqi məhv edilib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ koalisiyasının nümayəndəsi Şon Rayan deyib.
O bildirib ki, Xəttab daha 3 İŞİD döyüşçüsü ilə birgə mayın 26-da öldürülüb.
Rayanın sözlərinə görə, sözügedən terrorçunun öldürülməsi İŞİD-in Suriya və İraqdakı əməliyyatlarını xeyli zəiflədəcək.