İspaniya FUTBOLUNDA BİR DÖNƏM BAŞA ÇATDI

İspaniya Milli Komandasının veteran futbolçusu Andres İniesta, Rusiya məğlubiyyətindən sonra Milli Komandadan getdiyini açıqlayıb.
Orta sahə oyunçusu Andres Iniesta, İspaniya Milli Futbol Komandasındakı karyerasına son qoyduğunu açıqlayıb.
İniesta, İspaniya Milli Futbol Komandasının internet saytında yer alan açıqlamasında Rusiya ilə 2018 FİFA Dünya Kubokunun 16 tur qarşılaşmasında milli formanı son dəfə geyindiyini bildirib. 34 yaşlı İniesta, "Güman Edirəm ki, karyeramın ən pis günüdür. Bəzən sonlar, xəyal etdiyiniz kimi olmur" deyib.
Bazasından yetişdiyi və 32 kubok qazandığı Barcelona 2017-2018 mövsümünün sonunda ayrılaraq Yapon klubu “Vissel Kobe”-yə gedən İniesta, klubu üçün oynadığ dövrdə 131 qarşılaşmada 13 qol vurmaqla, İspaniya Milli Komandası üçün əhəmiyyətli qələbələrə imza atıb.
2008-də 1964-cü ildən sonra ikinci dəfə Avropa çempionu olan İspaniya Milli Komandasının heyətində yer alan İniesta, 2010 FİFA Dünya Kuboku finalında isə tarixə keçib.
90 dəqiqə müddətin 0-0 tamamlanmasından sonra uzatma dəqiqələrinə gedən matçın 116-ci dəqiqəsində Hollandiyaya qol vuran İniesta, İspaniyanın tarixindəki ilk Dünya Kubokunu qazanmasını təmin edib.
İniesta, İspaniyanın bir daha Avropa Futbol Çempionatını qazandığı 2012-də həmçinin UEFA-nın verdiyi Avropada İlin Futbolçusu Mükafatını də alıb.
Müxalifət.az