İsrail Türkiyəyə qarşı HANSI PLANI HƏYATA KEÇİRƏCƏK?

Baxış sayı:
2038

Türkiyə prezidenti Ərdoğanın qələbəsi İsraili narahat edib. İndi Türkiyə ilə bağlı ən çox iki məsələ danışılır. Mossad kəşfiyyat xidmətininin "qızıl əsr" dediyi 90-cı illər üçün "artıq əsla geri gəlməz" deyirlər. Bir də "Ərdoğana qarşı nə edəcəyik" sualına baş sındıraraq "Erməni iddialarını" gündəmə gətirməyi planlaşdırırlar.
 
Taha Dağlı / Haber7
 
24 iyun seçkisindən bəri İsrail mediasının əsas müzakirə obyekti Türkiyədir.
Ərdoğanın seçki qələbəsini gözləmirdilər.
Kanal 4 Televiziyasının internet saytı "gözlənilənin əksinə, Ərdoğan qələbə çaldı" deyə manşet atdı.
Mossad kəşfiyyat xidməti 90-cı illərin Türkiyəsindən övgü ilə bəhs edir.
90-cı illər üçün "qızıl dövrümüz" deyirlər.
Seçkidən sonra bu məsələ ilə bağlı şərhlər veriləndə, "artıq 90-cı illərdəki münasibətimiz bir daha əsla geri gəlməz" deyirlər.
Bəs nə olmuşdu 90-cı illərdə?
Türkiyə üçün 90-cı illər tarixin ən qaranlıq dövrlərindən biridir.
Naməlum cinayətlərlə doludur o illər.
Mossad kəşfiyyat xidmətinin bir növ işıqlandırılmayan sui-qəsdlərinin ard-arda yaşandığı 90-cı illəri Türkiyə ilə münasibətlərdə "qızıl dövr" adlandırırlar.
Çünki o illərdə Mossad Kəşfiyyat Xidmətinin casusları, Türkiyəni arxa bağçaları kimi istifadə edirdilər.
Türkiyəyə giriş-çıxışlarında pasport verilmirdi, üstləri axtarılmırdı.
Bir Mossad Kəşfiyyat Xidmətinin casusu İsraildən Türkiyəyə getdikdən sonra tamamilə başqa bir kimliklə hər kəsin qarşısına çıxa bilirdi.
Türkiyə üzərindən fərqli simalarda üçüncü ölkələrə gedib, sui-qəsdlər reallaşdırır, sonar da əllərini, qollarını yelləyə-yelləyə yenidən Türkiyəyə və oradan da İsrailə qayıdırdılar.
Mossad kəşfiyyat xidmətininin "MİT ilə qızıl dövrümüz" dediyi 90-cı illərdəki gizli cinayətlər, Mossad Kəşfiyyat Xidmətinin casuslarının Türkiyədəki hədsiz sərbəstlikləri sayəsində heç bir zaman gün üzünə çıxarılmırdı.
Ərdoğanın hakimiyyətə gəlişi ilə birlikdə, xüsusilə də 2009-cu ildən sonra Mossad Kəşfiyyat Xidmətinin casuslarının Türkiyədən ayağı kəsildi.
İsrail Türkiyədəki hər seçki dövründə 90-cı illərdəki İsrail-Türkiyə münasibətlərinə istinad edər, "Ərdoğan hakimiyyətdən bu dəfə gedərsə, münasibətlər əvvəlki kimi ola bilər" deyirlər.
24 iyundan əvvəl də istədikləri bu idi.
Səsəvermə qutularından Ərdoğanın böyük qələbəsi çıxanda "artıq 90-cı illərdəki münasibətimizə qayıtmaq imkanı yoxdur" dedilər.
“Jerusalem Post” qəzetinin Türkiyə ilə bağlı analizində isə başlıq "Ərdoğanın seçki qələbəsindən sonra İsrail nə etməlidir" şəklində idi.
Seçki öncəsi İsraildə qondarma Erməni layihəsi gündəmə gəlmişdi.
İsrail rəhbərliyi  bu məsələni 24 iyundan sonraya təxirə salmışdı.
 “Jerusalem Post” o layihəni xatırladaraq, "Ərdoğana qarşı bunu istifadə edə bilərik” deyib.
İbrani Universitetinin alimlərindən regional xarici siyasət mütəxəssisi Emmanuel Navon, Türkiyənin İsrail üçün keçmiş Türkiyə olmayacağının fərqindədir.
Bu səbəbdən Erməni iddialarını parlamentə gətirib, qəbul etmə təklifi edib.
"Ərdoğana qarşı Erməni kartını siyasi məqsədli istifadə edək" deyib.
Bəs bu mümkündürmü?
İsrail daha əvvəl parlamentin alt komissiyalarında bir çox dəfə gündəmə gətirilən Erməni iddialarını tanıma məsələsini bu günə qədər parlamentin gündəminə gətirmədi, əslində gətirə bilmədi.
Çünki İsrail bu gün Yaxın Şərqdə, Müsəlman torpaqları üzərindəki işğalı, Yəhudi soyqırımına borcludur.
Onlar üçün soyqırım baha qiymətləndiriləcək dəyərdədir, Yəhudilərə özəl olaraq bənzəri yoxdur.
Yəni “Erməni soyqırımı” deyə bir qərarın olması “Yəhudi soyqırımı”na zərər verə bilər” düşüncəsi hakimdir.
Buna görə də bu iddiaları əhatə edən layihələr bu günə qədər Knessetin alt komissiyalarından geri qaytarılıb.
İndi "Ərdoğana qarşı bir şeylər etməyimiz lazımdır" deyəndə, əllərində heç bir güc olmadığını görürlər və daha əvvəl "heç vaxt olmaz" deyilən bir məsələni sırf Türkiyə düşmənçiliyinə görə, gündəmə gətirməyi planlaşdırırlar.
Təbii Erməni iddiaları Sionistlər üçün riskli bir məsələdir.
Bunu qəbul etdikləri anda illərdir Qərb dünyasından aldıqları gücün mənbəyi olan "soyqırım" sehrinə öz əlləri ilə ortaq çıxarmış olacaqlar.
Buna cəsarətləri varsa, parlamentə gətirib, səs versinlər və sözdə “Erməni” layihəsini qəbul etsinlər.
Müxalifət.az