​İsraildən Suriya açıqlaması: Dözməyəcəyik

Baxış sayı:
4708

İsrail son günlər Suriya ilə sərhəddə ordunu yüksək hazırlıq vəziyyətində saxlayır və bu ölkədən hökumət, yaxud müxalifət qüvvələrinin təxribat cəhdlərinə dözməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail ordusunun nümayəndəsi Conatan Konrikus deyib.
Onun sözlərinə görə, vurulan Suriya qırıcısının cənub-qərb torpaqlarının qaytarılması əməliyyatında iştirak edib-etməməsi araşdırılır.
Qeyd edək ki, bu gün İsrail Suriya qırıcısını vurub.