İsraildən Türklərə QÜDS QADAĞASI – ƏRƏB XƏYANƏTİ

Baxış sayı:
7087

Türkiyənin Qüdslə bağlı həssaslığından narahat olan İsrail, Türklərin Fələstinin paytaxtına gəlməsini əngəlləmək üçün hərəkətə keçib. “Haaretz” qəzeti İsrailli rəsmilərin, Ərəb liderlərin şikayəti əsasında, Türk vətəndaşlarına qarşı səbəbsiz nəzarət və deportasiya fəaliyyətlərini artırdıqlarını yazıb.
 
Prezident Ərdoğan və Türk millətinin Fələstinin işğal altındakı paytaxtı Şərqi Qüdsə sahib çıxması, İsraili narahat edib. Son bir ildir ki Türklərin Qüdsə qarşı turist və biznes fəaliyyətlərinin artdığını qeyd edən İsrailli rəsmiləri, İslam dünyasının liderliyini Türkiyəyə vermək istəməyən Ərəb liderlərin şikayəti əsasında hərəkətə keçdiklərini bildiriblər. İşğalçılar, əsassız nəzarət və deportasiya fəaliyyətlərinə təkan verərək Qüdsdəki Türk “hakimiyyətini” bitirməyi qarşısına məqsəd qoyub.
İsrail qəzeti “Haaretz”, İordaniya, Səudiyyə Ərəbistanı və Fələstin Rəhbərliyinin Türkiyənin "Şərqi Qüdsdəki fəaliyyətlərindən narahat olduğunu və bu məsələdə İsrail rəhbərliyini ötən il xəbərdar etdiyini irəli sürüb. Xəbərə görə, başda Məscid-i Aksa olmaqla, müqəddəs məkanlarda “hakimiyyəti” Türklərə verməkdən qorxan İordaniya, İsrailə Ankaranın şəhərin Ərəb məhəllələrindəki nüfuzunu artırdığını bildirib.
Müxalifət.az