İstanbul boğazından keçən rus hərbi gəmisi Suriyaya gedir?

Baxış sayı:
4072

Rus hərbi gəmisi "Azov" İstanbul boğazından keçərək, Mərmərə dənizi sularına açılıb. Muxalifet.az “Hürriyet”-ə istinadla xəbər verir ki, gəminin boğazdan keçişi zamanı sipər almış vəziyyətdə yerə uzanan əsgər diqqəti cəlb edib. Belə ki, gəmi boğazdan keçərkən Mərmərə və Boğazlar Bölgə Komandanlığına məxsus sahil təhlükəsizlik qayığı da müşayiət edib. Təxminən 1 saat ərzində Fateh Sultan Mehmet Körpüsünün altından keçən gəminin göyərtəsində çox sayda rus əsgərinin olduğu gözdən qaçmayıb. Bəzi əsgərlər sahili, bəziləri də drubin ilə boğazı müşahidə edib. Gəminin Mərmərə dənizindən keçərək, Aralıq dənizinə üzəcəyi bildirilir. Muxalifet.az