​İtaliya Əsədin adamı ilə məxfi görüş keçirib: Romaya gizli səfər

Baxış sayı:
2200

Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi Avropa Komissiyasına İtaliya hökuməti barəsində cinayət işinin açıldığı barədə məlumat verib.
Muxalifet.az xəbər verir ki, cinayət işinin açılmasına səbəb kimi bu ilin əvvəllərində italiyalı rəsmilərin Suriyanın kəşfiyyat və təhlükəsizlik qurumlarının rəhbəri Əli Məmlüklə gizli görüş keçirməsi göstərilir.
Əli Məmlük özü də Romaya səfər edərək İtaliya hökumətinin rəsmiləri ilə görüşlər keçirdiyini təsdiqləyib. Görüşdə milli təhlükəsizlik məsələləri, eləcə də AB-nin 2011-ci ildə Ə. Məmlükə tətbiq etdiyi səyahət qadağası müzakirə edilib.