İtkin düşən 4 uşaq anası tapıldı
23-07-2018 14:13
Baxış sayı:
4051

Goranboy rayonunda itkin düşən qadın tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, bir müddət əvvəl Səfikürd kəndində yaşadığı evdən çıxaraq itkin düşmüş qadın tapılıb. Belə ki, 1995-ci il təvəllüdlü Əzizova Elvira İmran qızı 11 gün əvvəl 4 uşağını evində qoyaraq naməlum istiqamətə gedib. Aparılan axtarışlar nəticəsində o, Göygöl rayonunda tapılaraq ailələsinə təhvil verilib