İYİ Partiyasında şok: Akşənər istefa verdi
22-07-2018 22:52
Baxış sayı:
3088

Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər postundan istefa verib.
Muxalifet.az xəbər verir ki, bu haqda partiyanın İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında yazıb.
Akşənər 3 həftə ərzində partiyada növbədənkənar qurultayın keçiriləcəyini və partiya sədrliyinə namizəd olmayacağını bildirib.
Qeyd edək ki, Maral Akşənər iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.