Kılıçdaroğluna dedim ki, yerini mənə verə bilər – Məhərrəm İncə
3-07-2018 13:45
Baxış sayı:
3346

Dünən Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu ilə CHP-dən prezidentliyə namizəd Məhərrəm İncənin arasında baş tutan görüşün detalları bəlli olub.
Muxalifet.az xəbər verir ki, jurnalistlərə açıqlama verən İncə Kılıçdaroğluna görüş zamanı etdiyi təklifi açıqlayıb.
“Cənab Kılıçdaroğludan mənə hansısa təklif gəlmədi, amma mən ona bir təklif irəli sürdüm. Ona bildirdim ki, qurultayda özünə rəqib olan birini prezidentliyə namizəd göstərməsi böyük dövlət adamına məxsus xüsusiyyətidir. Onunla yarışa girmək istəmədiyimi söylədim. Əgər özü istəsə, qurultayı toplayıb məni rəhbər olaraq göstərə bilər. Ona həmçinin mənim rəhbər, onun fəxri rəhbər ola biləcəyini bildirdim”, – deyə o bildirib.