Kim Çen İn hərbi hissəyə rus maşınında gəldi - FOTOLAR
2-07-2018 14:08
Baxış sayı:
4645

Şimali Koreya lideri Kim Çen İn Pxenan-Pukto vilayətinin Sindo mahalına Rusiya istehsalı olan “Lada Priora”da gəlib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yayıb.
Sindo Çinlə sərhədin yaxınlığında yerləşir. Kim burada yerləşən 1524 nömrəli hərbi hissəyə baş çəkib.
Xatırladaq ki, “AvtoVAZ” şirkəti iyul ayında başlayaraq “Lada Priora” və “Kalina” markalarının istehsalını dayandırmağa qərar verib.