Kraldan Əliyevə: Davamlı tərəqqi...

Baxış sayı:
5167

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:
"Zati-aliləri.
Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və firavanlıq diləyirəm".