Kriminal avtoritet jurnalistləri ölümlə TƏHDİD ETDİ

Baxış sayı:
7132

Türkiyənin Kırıqqala həbsxanasında saxlanılan cinayətkar qruplaşmanın rəhbəri, məşhur kriminal avtoritet Alaattin Çakıcı jurnalistləri təhdid edib.

Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, kriminal avtoritet “Karar” qəzetinin 6 əməkdaşını ondan yazı yazdıqlarına görə ölümlə təhdid edib.

İctimaiyyətə yayılan məktubda ölümlə təhdid edilən jurnalistlərin adı bir-bir çəkilir.

Bu gün yayılan məlumatda isə Türkiyə qanunvericiliyinə əsasən, A.Çakıcıya qarşı təşkilatın gücündən istifadə edərək başqalarını ölümlə təhdid etmək maddəsi ilə cinayət işi açılıb.