Kəskin istilər iyulun 4-ə qədər davam edəcək – Sabah havanın hərarəti 40 DƏRƏCƏYƏ ÇATACAQ

Baxış sayı:
1918

İyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəz olunacağı təxmin edilir.
Muxalifət.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənir. Gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti iyulun 4-dək davam edəcək. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.