​Kürdəmir və Cəlilabadda taxıl sahəsi yanıb

Baxış sayı:
6427

Kürdəmir rayonunun Karrar qəsəbəsində 5 ha biçilməmiş taxıl sahəsi yanıb. Muxalifet.az FHN-in saytına istinadən xəbər verir ki, taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Cəlilabad rayonunun Dövlətalıbəyli kəndində 0,4 ha biçilməmiş taxıl sahəsi və 0,6 ha kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.