"Maaşımın yarısını gərək Sisiyə verim" - PUTİN
26-10-2019 22:35
Baxış sayı:
7707

Maaşımın yarısını gərək Sisiyə verim. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Birinci Rusiya-Afrika zirvəsində çıxışı zamanı deyib. O, yardımlarından dolayı zirvənin həmsədrlərindən olan Misir Prezidenti Əbdülfəttah Sisiyə təşəkkürünü bildirib və onunla zarafat edib: “Heç şişirtmədən demək istəyirəm ki, misirli dostlarımızın dəstəyi olmasaydı, bugünkü zirvə ən azından bu gün çalışdığımız şəkildə olmazdı. Bundan əlavə, gördüyünüz kimi, bu gün günboyu yanımda oturur və işimi görməkdə mənə kömək edir. Maaşımı onunla bölməli olacağam”.