Makron gənci danladı: MƏNƏ “AĞAM” DEYƏCƏKSƏN

Baxış sayı:
5872

Fransa prezidenti Makron, bir tədbirdə ona "Nə xəbər Manı" deyə, müraciət edən gənci "Mənə prezident, ya da “ağam” deyəcəksən, anladın mı" deyərək danlayıb. Fransa prezidenti Emmanuel Makron, keçmiş Fransa prezidenti general Şarl De Qollun Alman işğalına qarşı müqavimət çağırışının 78-ci ildönümü münasibətilə paytaxt Paris yaxınlığındakı Suresnesdə olan Qatranlanmış Valerien qalasında keçirilən rəsmi tədbir zamanı ona "Nə xəbər Manı" deyə müraciət edən gəncə təpki göstərib. "MƏNƏ PREZİDENT, YA DA AĞAM DEYƏCƏKSƏN" 40 yaşlı Fransa prezidentinə müraciət etmədən əvvəl Fransa milli himni La Marseillaise-dan misralar deyən gəncə belə deyib: “Xeyr, xeyr, sən hazırda rəsmi bir mərasimdəsən. Belə davrana bilməzsən. Bir axmaq kimi davrana bilərsən, ancaq bu gün “Marseillaise” və “Partizanlar” mahnısını oxuyuruq. Mənə “Prezident”, ya da “Ağam” deyəcəksən, anladınmı". Gənc isə Makronun xəbərdarlığını sakit qulaq asaraq təsdiq edib. Makron sözlərini belə davam edib: “İşləri doğru şəkildə etməlisən. Bir gün bir inqilab başlamaq istəsən də əvvəl bir diplom almalı və çörəyi qazanmağı öyrənməlisən, yaxşımı? Ondan sonra başqalarına məsləhətlər verə bilərsən”. Makron sözügedən görüntüləri öz Twitter hesabında paylaşaraq 18 iyunda, xüsusilə də azadlıq yoldaşlarının qarşısında hörmət göstərilməsinin lazım olduğunu ifadə edib. Müxalifət.az