Merkel höküməti dağılmadı: BÖHRAN AŞILDI

Baxış sayı:
2788

Almaniyanın daxili işlər naziri Horst Seehofer, Xristian Demokrat Birlik Partiyası (CDU) və Xristian Sosial Demokrat Partiyası (CSU) arasında aparılan danışıqlarda qeyri-qanuni miqrasiyanın qarşısını almaq məsələsində anlaşdıqlarını bildirib.
 
CSU-nun lideri Seehofer, Berlində jurnalistlərə verdiyi açıqlamada, CDU və CSU arasında razılıq əldə olunmasından dolayı məmnun olduğunu bildirib.
“CDU və CSU arasında aparılan gərgin danışıqlar nəticəsində razılaşdıq. Almaniya ilə Avstriya arasında gələcəkdə qeyri-qanuni miqrasiyanın qarşısının necə alınacağı barədə açıq bir razılığa gəldik" deyən Seehofer, müqavilənin detallarına dair bəyanatını iki partiyanın baş katiblərinin edəcəyini qeyd edib.
Müqavilənin möhkəm bir anlaşma olduğunu vurğulayan Seehofer, bu müqavilənin daxili işlər naziri kimi işləməyi davam etməyə icazə verdiyini sözlərinə əlavə edib.
 
MERKEL-SEEHOFER ARASINDA BAŞ VERƏN BÖHRAN
 
Qeyd edək ki, Almaniyanın daxili işlər naziri Seehofer, başqa bir AB ölkəsində əvvəlcədən qeydiyyata alınan, Almaniyada daha əvvəl sığınacaq tələbi rədd edilən və ya sənədləri olmayan qaçqınların ölkə sərhədlərindən geri qaytarmasını tələb etmiş, baş nazir Angela Merkel isə məsələni Avropa İttifaqı səviyyəsində həll etmək istəyirdi.
Müxalifət.az