“Messi tərəfdaşlarının bütün problemlərini həll edə bilməz” - MARADONA
24-06-2018 16:32
Baxış sayı:
1997

Əfsanəvi hücumçu Dieqo Maradona Argentina yığmasının kapitanı Lionel Messi haqqında fikirlərini bildirib.
Muxalifet.az bildirir ki, Maradona komandanın uğursuzluğunu beşqat "Qızıl top" mükafatı sahibində görməməyə çağırıb:
"Gəlin Messini dünya çempionatında qələbə qazanan yeganə oyunçu hesab etməyək. Leo bacardığı kimi oynayır. Lakin o, tərəfdaşlarının bütün problemlərini həll edə bilməz. Messi sadəcə liderdir".