Metroda qadını soyan KİŞİ TUTULDU
26-06-2018 12:00
Baxış sayı:
3544

Bakı metrosunda soyğunçuluq hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, Metropolitendə polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın iyunun 25-də saat 7 radələrində “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu aldığını bildirib.
Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.