Məhərrəm İncənin yeni layihəsi: CHP-dən GEDİR

CHP-də Kılıçdaroğlunun hakimiyyətini gücləndirmək üçün kürəyini söykədiyi məzhəbçi nümayəndələrə təsir edə bilməyəcəyini anlayan Məhərrəm İncə, yeni bir qurum yaratmaq və ya Ecevitin partiyası olan DSP-nin rəhbərliyinə keçmək niyyətində olduğu ortaya çıxıb.
CHP-ni sarsıdacaq səhnə haqda məlumatlar əldə edilib. 24 iyun seçkilərində partiyası CHP-dən 8 faiz çox səs alan Məhərrəm İncə, istefa verməməkdə israr edən Kılıçdaroğlunun ələ keçirdiyi partiyasından ümidini kəsdiyi, yeni bir qurum yaratmaq və ya DSP-nin başına keçmək niyyətində olduğu ortaya çıxıb. Seçkilərdə aldığı 30 faiz səs nisbətinə dair “41 il sonra 30 faiz səddini aşan bir lider" anlayışı ilə yola davam edəcəyini vurğulayan İncənin yeni yol xəritəsinin detalları haqda “Yeniakit” qəzeti yazıb.
DSP ÜÇÜN "İNCƏ” HESAB
Qəzet, Məhərrəm İncəyə yaxın mənbələrdən verilən məlumata görə, prezident seçkilərində 30 faiz səs alan İncənin "təşəkkür səfəri" adı altında 81 bölgədə aparacağı danışıqların yeni qurum üçün nəbz yoxlama məqsədi daşıyacağı vurğulanmışdır. CHP Kamal Kılıçdaroğlunun səltənətini gücləndirmək üçün kürəyini söykədiyi məzhəbçi nümayəndələrə təsir edə bilməyəcəyini anlayan Məhərrəm İncə, yeni bir partiya yaratmaq və ya DSP-nin rəhbərliyinə gəlmək üçün planlaşdırma apardığı qeyd edilib.
SOL-un YENİ ÜZÜ
Verilən məlumatlara görə, Məhərrəm İncə, yeni partiya qurub, sıfırdan təşkilat qurmaqdansa, DSP kimi bazası olan bir partiyanın rəhbərliyinə keçərək "Qaraoğlan" imicini davam etdirmək istəyir. Bülənd Ecevitin CHP-nin xarici siyasət aparmasına baxmayaraq, sol elektoratı birləşdirdiyi rəyindən yola çıxan İncənin, 81 bölgədə keçirəcəyi görüşlərdə xüsusilə bu məsələdə nəbz yoxlayacağı bildirilib.
Müxalifət.az