Məhərrəmovun restoranı və 20 şəxs cəzalandırıldı - 4000 manat cərimə və... / Yenilənib

Baxış sayı:
433

Xəbər verdiyimiz kimi, ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə araşdırmanın başa çatdığını bildirib: “Araşdırma aparıldı. Nərimanov rayon polis idarəsinin əməkdaşları müəyyən edib ki, dünən axşam saat 19:00-dan 22:30-a kimi Mona Liza restoranında məhdud sayda toy mərasimi keçirilib. Adıçəkilən restoranın sahibi Şəmsi Şıxıyev və həmin sarayın inzibatçısı Balazadə Musa inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olub. Restoranın sahibi 4000 manat cərimələnib. Toyun təşkilatçıları və 20 nəfər barədə də qanunvericiliklə tədbir görülüb”.

***

Xəbər verdiyimiz kimi ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona-Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi , polis polkovniki Ehsan Zahidov bu barədə araşdırma aparıldığını bildirib: “Yayılan görüntülər nəzarətə götürülüb. Hazırda fatla bağlı araşdırma aparılır, əgər adıçəkilən retoranda qanunsuz toy mərasiminin keçirilməsi faktı təsdiqini tapacaqsa, bununla bağlı ciddi tədbirlər görüləcək.”