Milli Mətbuatımızın banisi – HƏSƏN BƏY ZƏRDABİ

Baxış sayı:
8020

Zaman öz axarındadır. Bəşər boyu bu axar çoxlarını həyatından aparmışdır. Amma “gedənlərin” arasında elələri olub ki, sadəcə dünyasını dəyişblər, müqəddəs ruhları, xidmətləri isə həmişəyaşarlıq qazanıb. Belələrindən biri də adı cəkiləndə qürur hissi duyduğumuz, Milli Mətbuatımızın öndəri Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabidir. O, 1837-ci il noyabr ayında Göyçay qəzasının Zərdabi kəndində dünyaya göz açmışdı. İlk təhsilini doğma kəndində və Şamaxıda almışdı. Sonra Tiflis gimnaziyasına qəbul olunmuş, 1861-ci ildə oranı gümüş medalla bitirmiş, daha sonra Moskva Universitetinin riyaziyyat fakultəsinin Təbiyyət şöbəsində oxumuşdu. Ali təhsil aldığı müddət başa çatanda ona Universitet Elmi Şurasının qərarı ilə professorluğa namizədlik dərəcəsi verilib və xüsusi təyinatla Gürcüstana göndərilib. Lakin Çar hökumətinin idarələrində işləyərkən sağlam ideyasına, amalına görə sıxışdırılıb işdən çıxarılmışdı. O, 1869-cu ildə Bakıya gəlib, Gimnaziyada müəllim işləyib, azərbaycanlıların təhsil almalarında var gücü ilə çalışıb. Tələbələrə maddi yardım göstərmək üçün “Cəmiyyəti-Xeyriyyə” qurumu yaratmışdı. Pedaqoji fəaliyyətlə yanaşı, doğma xalqının ictimai şüurunu formalaşdırmaq, maarifləndirmək məqsədilə Azərbaycan dilində qəzet nəşr etmək qərarına gəlib. Üc illik əziyyətdən sonra, nəhayət, 1875-ci ildə “Əkinçi”nin çapına icazə alıb. Amma yenə ürəkdən sevinməyib. Çünki, özü yazdığı kimi: -“Pulu yox, yazıçı, yoldaş yox, çapxana yox, hürüfat yox”. Qəzet nəşr etmək üçün Həsən bəyə kömək edən insanlar da olmuşdu. A.Bakıxanovun Qubada yaşayan qardşı Cəfərqulu xan Bakıxanov məktub yazaraq, onu bu xeyirxah niyyəti münasibətilə təbrik etmiş və qəzetin çapı ücün maddi kömək göstərəcəyini bildirmişdi. Beləliklə, 1875-ci iliyulun 22-də “Əkinçi”nin ilk sayı işıq üzü görür. Doğma dildə qəzetin ilk nəşri H.Zərdabinin dostlarını, dövrün ziyallarını fərəhləndirdi. Onun maarifçilik, demokratik ideyalar haqqında yazıları rəğbətlə qarşılanırdı. Müxtəlif ünvanlardan – Omskdan, Orenburqdan, Ufadan, Volqaboyu əyalətlərdən, Krımdan, Dağıstandan təbriklər, məqalələr, abunələr gəlməyə başladı. M.F.Axundov “Əkinçi”yə xüsusi qayğı göstərmişdi. Zərdabinin Rusiyada təsil alan tələbələri N.Vəzirov və Ə.Gorani qəzetin nəşrini fərəhlə qaşılamışdılar. Həsən bəyə böyük köməyi o zaman Bakının general-qubernatoru Staroselski etmişdi. O, qəzeti kənar hücumlardan qorumaq üçün qəzetin senzuru elan etmişdi. Lakin o, qəzetin mövzusu ilə bağlı fəaliyyət dairəsini daraltmışdı. Milli dircəlişdən, Vətən, yurd sevgisindən yazmaq olmazdı. Əkinçilik işlərindən başqa mövzuda material dərc edilə bilməzdi. Təbii ki, belə bir qadağa ürəyi daim yenilik,tərəqqi həvəsi ilə döyünən naşiri qane etmirdi. Tarixi mənbədə qeyid olunur ki, H.Zərdabi hürüfat olmaq ücün İstanbula gedir. Qəzetə kömək məqsədilə əldə edilən vəsait “Əkinçi”nin daha oxunaqlı olmasına, geniş yayılmasına xərclənir. Ana dilində yığıcı mürəttib olmadığından, Həsən bəy mətbəədə işləmək ücün erməni Minasovu işə götürür. Az kecmiş həmin erməni bacısı oğllunu da yanına gətirir. Redaktordan aslı olmayaraq, texniki işlər ermənilərin əlinə keçir. Staroseliski də vəzifədən uzaqlaşdırılır. Bakıya yeni qubernator təyin olunur. Vəziyyət günbəgün çətinləşir. Qəzetdə Nəcəf bəy Vəzirovun bir yazısı dərc edilir. Materialda vurğulanır ki, bir dərviş kücələrdə gəzib adamları maarifə, həmrəyliyə çağırır. Bu barədə Həsən bəy yazıb: “Qəzetin həmin nömrəsi çap olunub satışa gedəndən az sonra məni qubernatororun yanına apardılar. Gördüm ki, həmin Minasov da ordadır. Qubernator buyurdu: Minasov deyir ki, dərvişin sözlərinin qeyri-mənası var. Ona gorədə nömrəni (qəzetin) bağladıb, sənə hökm edirəm ki, bir qeyri-nömrə çap edəsən”. Cavab verdim ki, qeyri-nömrə çıxara bilmərəm... Mənə ilk zərbəni erməni vurdu. Doğrudan da erməni hər yerdə hər zaman erməniymiş...”. 1877-ci ildə başlayan rus-türk müharibəsinin qoxusu “Əkinçi”nin də başının üstünü aldı. Rusdilli qəzetlər müharibənin gedişi barədə ətraflı məlumat verdiyi halda, bu haqa yazmaq Həsən bəyə qəti qadağan edilmişdi. Senzura “Əkinçi”nin üzərində nəzarəti daha da gücləndirmişdi. Bu və ya digar səbəblər qəzetin nəşrinə əngəl törədir, oxucuları tədricən uzaqlaşdırdı. Nəhayət, “Əkinçi”nin bağlanması haqqında qərar verildi. Hakimiyyət Həsən bəydən yenə əl çəkmədi. O, işlədiyi realnı məktəbindən də uzaqlaşdırıldı. Ona təklif olundu ki, gedib Rusiyanın hansısa bir əyalətində işləsin. Həsən bəy bu barədə yazıb: “Mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan, müsalman işlərindən ayrılmağı özümə ölüm hesab hesab edirdim”. Haqsızlığa, ədalətsizliyə dözə bilməyən Həsən bəy çarəsiz qalmışdı. Şikayətini kimə desin, başına nə çarə qılsın, bilmirdi. Son ümidi “Bakinskaya izvestiya” qəzetində dərc edildiyi elana çatdı. “Real məktəbin müəllimi Həsən bəy Məlikov 1878-ci il 20 noyabrdan istefaya çıxaraq, xüsusi mühəsisələrdə işlər müdiri, qantorçu, müəllim və s. bu kimi vəzifələrdə işləməyə yer axtarır, elanı oxuyanlar onun qayğısına qalmağa çalışırdı. Təəssüf ki, həmişə olduğu kimi, zəmanə zalımların, zülmkarların ixtiyarında idi. Necə istəyirdirdilər, eləcə də hökm verirdilər. Naəlac qalan, işsizlikdən bezən Zərdabi doğma obasına qayıdır. Ömrünün 16 ilini orada yaşayır. Dostları, həmkarları mütamadi olaraq onu yad edirdilər. Ancaq o, təskinlik tapa bilmirdi. “Mən bu müsibətə ducar olmuşam” yazırdı. Bir qədər sonralar H.Zərdabinin yenidən Bakıya qayıtması təsadüf nəticəsində mümkün olmuşdu. Bakı Dumasına növbəti seçkilər zamanı bacısını itirmiş varlı, imkanlı ailəyə qəyyum təyin edilməklə, Dumaya seçilir. İmkani daxilində yetim uşaqlara, elmə, təhsilə marağı olanlara qayğı göstərmişdi. Hazırda adı təkcə maarifpərvər və xeyriyyəci kimi, həm də “Əkinçi” qəzetinin redaktoru, Milli Mətbuatımızın banisi kimi tarixə yazılıb. Bir əsrdən artıqdır ki, dünyasını dəyişsə də o, yenə bizimlədir. Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilməsi başlıca prinsipləri - maariflənmə, fəfəkkür, ümumimilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənələrlə vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv ışıqlandırılması, Azərbaycanda Milli demokratik mətbuatın gələcək inkişafı ücün təməl daşları rolunu oynadı... Başıqarlı dağlar uzaqdan diqqəti çəkir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi də zirvəyə ucalanlardan biridir. O, yox ikən var olduğu üçün də həmişə tərəqqipərvər, qədirbilən xalqımızla bir yerdədir. Əlizadə Nəhmədağaoğlu