Millət vəkili uşaqlarla bağlı çağırış etdi – Foto
2-07-2018 19:31
Baxış sayı:
4819

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd sakinləri ilə görüş keçirib.
Muxalifet.az xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara müraciət edib. Millət vəkili həmçinin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb.
O, seçicilərini narahat edən problemlərin həlli istiqamətində çalışacağını bildirib.
Millət vəkili sakinləri uşaqların təhsilinə önəm verməyə, zərərli təsirlərdən qorumağa, onların mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.