Miloşeviçin arvadı da hədəfə çevrildi: 1 illik həbs

Baxış sayı:
2131
Serbiya məhkəməsi Yuqoslaviyanın eks-prezidenti Slobadan Miloşeviçin həyat yoldaşı Mirian Markoviçi 1 illik həbs cəzasına məhkum edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Serbiya Milli Televiziyası yayıb. Markoviçin dövlət mənzilləriylə bağlı qanunsuz xərcləmələrdə ittiham edildiyi bildirilib.
Qeyd edək ki, Markoviç 2005-ci ildən beynəlxalq axtarışdadır. O, hazırda Rusiyada yaşayır.