​Misir İsrailə sərt cavab: Qaz yatağı bizimdir....

Baxış sayı:
2947

Misir hökuməti Aralıq dənizində tapılan qaz yatağının yalnız özlərinə aid olduğunu bəyan edib.
Muxalifet.az xəbər verir ki, bəyanatda rəsmi Tel-Əvivin qaz yatağına iddiasının əsassız olduğu bildirilib.
“Qaz yatağının tapıldığı ərazi Misirə aiddir”, - deyə vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə Misir Aralıqda dünyanın ən böyük qaz yatağının tapdığını bəyan etmişdi. İsrail isə yatağın Misirlə birgə aşkar edildiyi iddiası ilə çıxış edir.