Mixail Qorbaçov bu xatirəsini yada salıb ağladı - VİDEO

Baxış sayı:
11434

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov BBC-yə verdiyi müsahibəsində müharibənin səbəb olduğu acınacaqlı həyatlardan danışıb.
Muxalifet.az BBC-ə istinadla xəbər verir ki, Qorbaçov prezidentliyi dövründə yaşadığı maraqlı xatirələrindən danışıb: "Mən prezident seçiləndə ölkəni gəzməyə başladım. Qarşılaşdığım bütün insanlar mənə eyni mövzudan gileyləndi. Onlar mənə dedilər ki, bizim hər hansı problemlərimiz ola bilər. Bugün yemək tapılmırsa zərəri yoxdur, əkib becərərik. Ancaq, imkan vermə müharibə olsun! Mən bunu eşidəndə heyrətə gəldim. Belə insanlar olub. Onlar müharibələrdən nə qədər əziyyətlər çəkiblər".  Mixail Qorbaçov bu sözləri dedikdən sonra gözləri yaşla dolub. Aparıcı isə bunu görən kimi mövzunu dəyişib. Nüvə silahları barədə də danışan Qorbaçov bildirib ki, bütün insanlar nüvə silahlarının məhv edilməsini istəyərdi: "Təəssüflər olsun ki, biz nüvə silahını özümüzdə, öz planetimizdə saxladıq. Mən Yaponiyada, Naqasakidə olmuşam. Nüvə silahının zərərlərini şəxsən görmüşəm".