​MN təkzib etdi: Naxçıvan istiqamətində atışma...

Baxış sayı:
3343

Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın yaydığı məlumata münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Müdafiə Nazirliyindən viirtualaz.org saytına cavab olaraq bildirir ki, Artsurun Ovanisyan özünün sosial şəbəkə hesabında Naxçıvan istiqamətində mühəndis və mövqelərin möhkəmləndirilməsi işləri görən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açılması, bu zaman bir erməni hərbi qulluqçunun “yüngül yaralanması” barədə məlumat yayıb. “Bununla bağlı bildiririk ki, dövlət sərhədinin Naxçıvan istiqamətində bu gün heç bir atışma qeydə alınmayıb, erməni tərəfinin iddia etdiyinin əksinə olaraq ordumuzun bölmələri mühəndis işlərini davam etdirir və strateji yüksəkliklərdə yerləşən yeni mövqelərini möhkəmləndirir. Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması ilə Azərbaycan tərəfinin heç bir bağlılığı yoxdur. İstisna deyil ki, bu Ermənistan ordusundakı nizamnamədən kənar münasibətlərin növbəti təzahürüdür. Görünür Ermənistan Müdafiə Nazirliyində bu cür məlumat yaymaqla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun may ayında keçirdiyi uğurlu əməliyyata görə yaranmış pərtlikdən yeni çıxış yolu tapmağa çalışırlar”.