Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və TƏKLİFLƏRİNİ DƏSTƏKLƏYİR"

Baxış sayı:
3520

"Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir".

APA-nın məlumatına görə, bu sözləri Avropa ittifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini müzakirə ediblər: “Bütün qətiyyətimizlə prosesləri töhfə verməyə davam edəcəyik”.