Məşhur türk futbolçu Romada evləndi - Fotolar
21-07-2018 00:45
Baxış sayı:
3841

Türkiyə millisinin keçmiş üzvü Nihat Kahveci 6 aydır birlikdə olduğu Fulya Severlə evlənib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, cütlüyün nikahı Romada baş tutub.
Bernardino sarayında keçirilən məclisə cütlüyün ailə üzvləri və yaxınları qatılıb.
Türkiyəyə qayıdan cütlük işləri ilə əlaqədar 1 həftə İstanbulda qaldıqdan sonra bal ayına çıxacaq.