Münbiçdə xüsusi Türk-ABŞ hərbi birliyi yaradılacaq

Baxış sayı:
2668

Türkiyə və ABŞ arasındakı yol xəritəsinin detallarına görə, Qaziantepdə keçiriləcək təlimlərdə 3 batalyon Türk əsgəri və 1 batalyon ABŞ əsgəri iştirak edəcək. Ortaq təlimlərlə müttəfiq birliklərin bir-birinə atəş açmaması üçün hazırlıq görüləcək. Təlimdən sonra Münbiçdə xüsusi Türk-ABŞ birliyi yaradılacaq.
 
ABŞ Mərkəz Qüvvətlər Komandiri Ordu generalı Cozef Votel, Münbiçdə keçiriləcək birgə patrul-keşik üçün Türk və ABŞ əsgərlərinin təlimlərinin yaxında başlayacağını açıqlayıb. Türkiyə və ABŞ arasında anlaşmaya varılan Münbiç Yol Xəritəsində yeni bir mərhələyə keçilir. Türk və ABŞ əsgərləri bir-birilə koordinasiyalı, ancaq müstəqil olaraq davam etdirdikləri patrul-keşik vəzifələrindən sonra, "birgə patrul" vəzifələrinə başlayacaq. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, son açıqlamasında “Artıq Münbiçin içinə girmə vaxtı gəldi" demişdi. Xarici İşlər Nazirliyi də Türk əsgərinin patrul etdiyi nöqtələrdən PKK/PYD-YPG terror təşkilatının çəkildiyini açıqlamışdı.
Müxalifət.az