MURAD DADAŞOV XƏZƏR TV-DƏN AYRILIB? - Onun istefa verdiyi iddia olunur...

Baxış sayı:
443

Murad Dadaşov Xəzər TV-dən işdən ayrılıb.

Konkret.az-a bu barədə televiziyadakı mənbələr məlumat verib. Onun öz ərizəsilə işdən kənarlaşdığı deyilir.

“M Group Production”dan məlumatı təsdiqləyiblər.

Xəzər TV-dən verilən açıqlamada isə M. Dadaşovun istefa vermədiyi, işinin başında olduğu bildirilib. Qeyd edək ki, Murad Dadaşov martın 5-i 2020-ci ildə Xəzər TV-nin baş direktoru təyin edilib.

Azadinfo.az-a daxil olan məlumata görə isə, M. Dadaşovun istefası ilə bağlı qərar sabah dəqiqləşdiriləcək.

İddiaya görə, Murad Dadaşovun istefa verməsinə səbəb onun işinin öhdəsindən gələ bilməməsidir. Sayta verilən məlumata görə, Dadaşov kanala rəhbər gətirilərkən, onun qarşısına bir sıra önəmli vəzifələr qoyulmuşdu.