NATO-dan TƏHDİD: Əgər bu ölkə şansını əldən versə...

Baxış sayı:
2044

Makedoniyanın NATO-ya qəbulu prosesi il yarım davam edə bilər.

Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Makedoniya Konstitusiyasında lazımi dəyişikliklər etdikdən sonra bu ölkəni NATO-ya yeni adı ilə dəvət edə biləcəyik. Makedoniyanın NATO-ya qoşulması tarixi imkandır. Əgər rəsmi Skopye bu fürsəti qaçırsa, bir daha onun belə şansa sahib olacağını söyləmək çətindir”, - o bildirib.

Qeyd edək ki, Makedoniyanın adının dəyişdirilərək, “Şimali Makedoniya” adlanması ilə onun NATO və AB-yə üzvlük müraciətinə Yunanıstan yaşıl işıq yandırmağa razılaşıb. İki ölkənin baş nazirləri arasında bu yöndəki razılaşmanı isə Makedoniya prezidenti təsdiqləməyib.

Yunanıstan eyniadlı əyaləti olması səbəbindən Makedoniyanın adının dəyişdirilməsini tələb edir.