NATO "parçalanmış" Gürcüstanı sıralarına qəbul edəcəkmi?

Gürcüstanın NATO-ya Abxaziya və Cənubi Osetiya olmadan daxil olma ehtimalı alyansda müzakirə mövzusu olmayıb. Bu barədə Muxalifet.az TASS informasiya agentliyinə istinadən məlumat yayıb. NATO baş katibinin keçmiş müavini Rouz Qottemüller , istefasından əvvəl "Kommersant" nəşrinə verdiyi müsahibəsində alyansın belə bir fürsəti nəzərdən keçirib-keçirməyəcəinə dair suala cavab verərkən "Bu, NATO daxilində müzakirə olunmayıb"- deyə cavab verib.
Qottemüller , Gürcüstanın və Ukraynanın NATO-ya qəbul edlməsi haqda 2008-ci ildə Buxarestdə keçirilmiş zirvə görüşünün qərarlarının qüvvədə qaldığını, ancaq təşkilatın bu şərtləri həyata keçirmək üçün hansısa müddət qoymadığını qeyd etdi. "Biz hər iki ölkə ilə işimizi davam etdiririk. Son tarixlərə gəldikdə, biz heç vaxt, xüsusən yeni üzvlərin qəbulu haqqında əvvəlcədən tarix vermirik, çünki bu proses həmişə ittifaqın bütün üzvləri konsensus əsasında qərar verməsi ilə əlaqədardır" dedi.
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen, Gürcüstan İmedi kanalına verdiyi müsahibədə Gürcüstanın Şimali Atlantika Alyansına qəbul edilməsi təşəbbüsünü irəli sürüb və təklif edib ki, təşkilatın nizamnaməsinin beşinci maddəsi (kollektiv təhlükəsizlik haqqında) Abxaziya və Cənubi Osetiyaya şamil edilməsin. Rasmussenə görə, ittifaq Almaniya iki hissəyə bölünmüş olduğu zaman alyansa qəbul edləkən belə bir uyğulama tətbiq etmişdir.