NATO rəhbəri Ərdoğanı təbrik etdi: Önəmli müttəfiqsiniz!
27-06-2018 23:53
Baxış sayı:
2089

NATO rəhbəri Yens Stoltenberq Rəcəb Tayyib Ərdoğanı Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər arasında telefon danışığı baş tutub.
Danışıq zamanı Ərdoğan ölkəsinin NATO ilə bağlı öhdəlik və vəzifələrini bundan sonra layiqincə yerinə yetiriləcəyini bəyan edib.
Stoltenberq də öz növbəsində Türkiyənin NATO üçün olduqca önəmli bir müttəfiq olduğunu vurğulayıb.