NAVALNININ QARDAŞI AZADLIĞA BURAXILDI

Baxış sayı:
1792

Rusiyalı müxalif bloger Aleksey Navalnının qardaşı Oleq Navalnı azadlığa buraxılıb.

Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Doyçe Velle” yayıb. Sayt Navalnının nəzərdə tutulandan bir gün tez azadlığa buraxıldığını bildirib.

Qeyd edək ki, Oleq Navalnı 2014-cü ildə “İv Roşe” şirkətinin böyük həcmdə vəsaitlərini ələ keçirməkdə ittiham edilərək həbs edilmişdi.