Naxçıvan sakini Bakıda qətlə yetirilib - RƏSMİ
25-11-2019 13:46
Baxış sayı:
18775

Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov saxlanılıb. Araşdırma aparılır.