Neft bahalaşır
27-06-2018 22:28
Baxış sayı:
1972

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti artmağa davam edir.
Muxalifet.az xəbər verir ki, son birja sövdələrinə görə, neftin bir bareli 78,05 dollara satılıb.
Ötən günlə müqayisədə bu markalı neftin 3,24 faiz bahalaşdığı bildirilir.
Fransanın neft nəhəngi sayılan “Total” şirkətinin baş direktoru Patrik Puyanne, yaxın aylarda neftin bir barelinin 100 dollardan baha qiymətə satılacağını proqnozlaşdırır.