Netanyahu hədələdi: İRANI DURDURACAĞIQ

İranı hədəf alan açıqlama verən İsrailin baş naziri Binyamin Netanyahu, "İran, varlığımıza qarşı ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq" deyib.
Netanyahu, ölkənin cənubundakı İsrail Hava Qüvvələrinə bağlı Hatzerim Hava Bazasında təhsil alan hərbi pilotların buraxılış mərasimində iştirak edib.
Netanyahu, mərasimdə etdiyi çıxışında, hava qüvvələrinin İsrailə yönəlik təhdidləri dəf etməsində mühüm rol oynadığına diqqəti çəkərək, "İran, bayrağına bizi məhv etməyi həkk edib. Açıq ifadə edirəm, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. İranın bizə qarşı Suriyanı ölümcül bir raket bazasına çevirməsi planına qarşı güclü addımlar atmağa davam edəcəyik" deyib.
İranla bağlanan nüvə müqavilənin pis bir müqavilə olduğunu və ABŞ prezidenti Donald Trampın da bunu görərək müqavilədən çəkildiyini söyləyən Netanyahu, ABŞ-ın yeni sanksiyalar tətbiq etməsi ilə İranın bölgədəki əməllərinə zərbə vurulduğunu deyib.
Netanyahu, İsrail hərbi hava qüvvələrinin İranın bölgədəki hədəflərini məhv etməkdə əhəmiyyətli bir rol oynadığını və həmin hədəflərə qarşı lazımi addımları atmağı davam etdirəcəyini vurğulayaraq, "İrandan bəhs edirəm. Çünki İran bizim varlığımıza qarşı ən böyük təhdiddir və biz bu təhdidi dayanmaqda qərarlıyıq" deyə, söyləyib.
İsrailin baş naziri həmçinin ölkəsinin mühasirə altındakı Qəzza Zolağına yönəlik planlarının olduğunu, ancaq bunu bu gün açıqlamanın yeri olmadığını bildirərək, "Ancaq onu deyə bilərəm ki, bizi qarşıdurmaya sürükləyənlər bundan çox peşmançılıq duyacaqdır. Burada Hava Qüvvələrinin oynayacağı mərkəzi bir rol var" deyib.
Qeyd edək ki, Netanyahu ötən ay verdiyi bir açıqlamasında da hökumətinin "müharibəyə" səsb olsa belə "İran təcavüzünü" dayadırmaqda qərarlı olduqlarını bildirmişdi.
Müxalifət.az